İranXƏBƏRLƏR

ABŞ sionist rejimin hücumundan xəbərdar idi

İran İslam Şurası Məclisinin sədri deyib: Dəqiq məlumatımız vardır ki, Amerika və bəzi ərəb ölkələri sionist rejimin Suriyaya hücumundan xəbərdar imişlər.

Cənab Laricani əlavə edib: Bu hücum Suriya ordusunun Dəməşqin ətrafı daxil olmaqla bu ölkənin geniş bir ərazisini terrorçulardan təmizləyəndən sonra baş verib, lakin sionist rejim elə təsəvvür edirdi ki, terrorçular və silahlı ifratçı cərəyanların məğlubiyyətinə mane ola bilər.

İran İslam Şurası Məclisinin sədri islam dünyasında ifratçı cərəyanların mövcud olmalarını bu dünyanın problemlərindən adlandırıb və belə əlavə edib: Bu ifratçılar həmişə anti-Amerika və anti-İsrail jestini tuturlar, lakin bu gün Suriyada bu ölkə xalqını himayə kimi puç bəhanə və səbəbə görə, ABŞ və sionist rejim, habelə bəzi ərəb ölkələrinin dəstəkləri ilə Suriyada günahsız insanları hədəfə alırlar.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu