
Amerika və Cənubi Koreyanın müştərək hərbi manevri start götürdü.
Şimali Koreyanın Seulu iki tərəf arasında imzalanmış bütün sülh müqavilələrini ləğv edəcəyi ilə hədələməsinə baxmayaraq, manevr ləğv edilməyib.
Çin də Amerika və Cənubi Koreyandan istəmişdi ki, Koreya yarımadasında vəziyyəti gərginləşdirməkdən çəkinsinlər.
Bütün bunlara baxmayaraq, ABŞ və Cənubi Koreya müştərək hərbi manevrin keçirilməsində israrlıdırlar.
Bu arada Şimali Koreya ordusu tam hazırlıq vəziyyətinə gətirilib.