ABŞ və Sionist rejim müştərək bir hərbi manevr təşkil edəcək

 ABŞ və Sionist rejim İranı təhdid etmək məqsədilə birgə hərbi manevr keçirmək barədə düşünürlər.

ABŞ və İsrail rejimi Tehran və 6-lıq qrupunun nüvə məsələləri üzrə imzaladığı müvəqqəti anlaşma sənədinin 6 aylıq dövrünün sonunda ,İranı təhdid etmək məqsədilə müştərək hərbi bir manevr keçirmək barədə düşünürlər.

Time-ın yazdığına görə, bu manevrin təşkilində məqsəd ,İran üçün təhdid mesajı göndərməkdir. Bu elə bir haldadır ki, ABŞ prezidenti Barak Obama iddia edir ki , Vaşinqton özünü sonsuz bir münaqişə prosesilə məşğul edə bilməz.

Time, adının naməlum qalmasını istəyən sionist rejimin hökumət nümayəndələrindən birinə istinadən yazıb : ABŞ və Sionist rejimin müştərək hərbi təlim manevr keçiriməsi barədə xəbərin yayımlanması şübhəsizki böyük rezonans doğuracaq.

Bu sionist şəxs əlavə olaraq deyib: May ayında amerikalılarla bir təlim manevri keçiriləcək ki, bu da böyük hərbi təlimlərdən biri kimi yadda qalacaq.

Bu elə bir haldadır ki , ötən bazar günü ( 24 noyabr ) İranla 6-lıq qrupu arasında nüvə sahəsində imzalanmış razılaşmaya əsasən İranda uranı saflaşdırma prosesi davam və bu ölkəyə qarşı əlavə sanksiyalar tətbiq edilməyəcəkdir.

↑
Exit mobile version