Amerika Birləşmiş Ştatlarında aparılan rəy sorğularının nəticəsi göstərir ki, bu ölkə əhalisinin əksəriyyəti Vaşinqtonun başqa ölkələrin daxili işlərinə müdaxilə etməsindən narahatdır.
Wall Street Jurnal və NBC News telekanalının tərəfindən aparılan rəy sorğularının nəticələri göstərir ki, bu ölkə əhalisinin 50 faizi Amerika hakimiyyətinin başqa ölkələrin daxili işlərinə müdaxilə etməməsini istəyirər. Amerikalıların təkcə 19 faizi, Amerikanın müdaxilə xarakterli siyasətlərinin əleyhinə deyil.
Ekspertlərin qənaətincə ABŞ başqa ölkələrin daxili işlərinə müdaxilə etməkdə ilk növbədə özünün milli maraqlarının təmin edilməsini qarşıya məqsəd qoyub. Ona görə də bundan öncə ABŞ-ın militarist siyasətlərinin əleyhinə çıxmışlar və bu haqda ciddi xəbərdarlıq etmişlər.
Məlum 11 sentyabr hadisələrindən sonra Amerikanın xarici müdaxilələri ilə əlaqədar narazılıqlar səviyyəsi az olsa da İraq və Əfqanıstan kimi müharibələrin ardınca yenə xarici müdaxilələr səviyyəsi nəzərə çarpacaq dərəcədə artmışdır.
Əslində məlum 11 sentyabr hadisələri İraq və Əfqanıstan əleyhinə müharibədə haqq qazandırmaq üçün düzgün bir bəhanə olmuşdur.
ABŞ Liviyada özünün nəzərdə tutduğu hədəflərinə nail olmaq üçün yeni bir siyasətə üz tutdu.
2012-ci il 11 sentyabr hadisəsində Amerikanın Binqazidəki konsulluğuna edilən silahlı basqını bəhanə etdi və bir daha Əl-qaidə təşkilatını ittihamlandırdı. Sözü gedən tarixdə ABŞ-ın Liviyadakı səfiri və daha 3 amerikan vətəndaşı həlak olmuşdur.
Aparılan araşdırmaların o cümlədən Nyu-York Taims qəzetinin tərəfindən aparılan araşdırmaların nəticələri göstərir ki, bu terrorçu əməliyyatda Əl-Qaidə təşkilatı ünsürlərinin müdaxiləsini göstərən bir fakt müşahidə olunmamışdır.
Digər bir tərəfdən Amerikanın faktaraşdırıcı bir komitəsi də konkret bir araşdırma və təhqiqatların ardınca bu nəticəni çıxardı ki, 2012-ci ildə ABŞ-ın Binqazidəki konsulluğuna qarşı edilən basqında əsas müqəssir tərəf məhz Amerika hakimiyyəti olmuşdur. Çünki törədilən hadisədən bir il öncə ABŞ-ın Liviyanın hər bir yerində mərkəzləşən yaraqlıları özü silahlandırmışdır.
Hərbçiləri istiqamətləndirmək , təhdid vasitəsindən istifadə etmək, müstəqil ölkələrin hakimiyyətini devirməyə cəhd göstərmək və buna bənzər xarici müdaxilələr Amerikanın hegemonçu bir dövlət olmasını göstərir. Bu hegemonçu və super güc dövlət ötən bir əsrdə xüsusi ilə də son 60 ildə dünyanın başqa ölkələrində özünün milli maraqlarının təmin edilməsi yolunda müdaxilə xarakterli siyasətlərini əsirgəməyib və bunu Amerika siyasətçilərin əksəriyyəti də dəfələrlə təsdiqləyiblər. Nəticə etibarı ilə demək olar ki, mövcud vəziyyətdə bu fövqəlgüc dövlətin siyasətlərinin əsas mahiyyəti hamıya ifşa olunub və dünyada bu ölkəyə etimad hissi də nəzərə çarpacaq dərəcədə aşağı düşüb. Belə ki hazırda onun bəzi yaxın müttəfiqləri Amerika siyasətlərini məqbul saymır.