İranın BMT-dəki dami nümayəndəsi QH ölkələrinin təmsilçisi olaraq Sionist rejimin işğal edilmiş ərazilərdə irqçiliyə əsaslanan siyasətlərini pisləyib.
Yerli vaxtla cümə günü (8 noyabr) BMT-nin BA-nın özəl siyasi komitəsində çıxış edən Məhəmməd Xəxai, Fələstində uşaqlar və qadınlardan təşkil olunmuş məhbusların ağır durumu, fələstinlilərin yaşayış binalarının sökülməsi, Sionist rejimin Qüds şəhərində şəhərciklər salma siyasətlərinin sərtləşdirilməsi, Qəzzənin mühasirəsi və Sionist şəhərciklər sakinlərinin fələsinli sakinlərə qarşı kobud rəftarlarının güclənməsini sadalayaraq, QH-yə üzv ölkələr tərəfindən bu cinayətlərin pislənilməsinin vacibliyi üzərində təkid edib.
Xəzai həmçinin Sionst rejimin işğal olunmuş ərazilərdə uşaqlar və qadınlar başda olmaqla minlərlə fələstinlinin onların vəhşicəsinə hücumları nəticəsində qırğın edilməsini, Sionist rejimin kobudluğa əsaslanan və qeyri-qanuni və Cenevrənin 4-cü konvensiyası və Beynəlxalq Haaqa Məhkəməsi qətnamələri ilə ziddiyyətdə olduğunu vurğulayıb.
İranın BMT-dəki səfiri Sionist rejimin İordan çayının qərb sahilində şəhərciklər salma siyasətini davam etməsini, bufer divarının çəkilməsini və yoxlama-buraxılış məntəqələrinin bərpa edilməsini Fələstin xalqının açıq-aşkar şəkildə hüquqlarının tapdalanması mənasında olduğunu deyib.