AEBA-nın İrana münasibəti müsbətdir

İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentliyindəki nümayəndəsi deyib: MAQATE-nin son hesabatı bu qurumun İrana münasibətinin müsbət olduğunu göstərir.

Rza Nəcəfi “İran” qəzeti ilə müsahibədə bildirib: Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin son hesabatında agentliyin nəzarətində olan İranın nüvə fəaliyyətlərində yayınmanın olmadığı təsdiqlənmişdir.

İranın AEBA-dakı nümayəndəsi bu hesabatı İranla bu qurum arasındakı son anlaşmasının imzalanmasında önəmli adlandırıb və bildirib: Bu anlaşmaya əsasən Ərak Ağır Su İstehsalı zavodu agentliyin araşdırmaları siyahısına salındı və agentlik bildirdi ki, baxışların keçirilməsi onların texniki gözləntilərini özündə ehtiva etmişdir.

Exit mobile version