AfrikaXƏBƏRLƏR

Afrika Birliyi Mursinin devrilməsinin ardınca Misirin üzvlüyünü dondurub

Afrika Birliyinin bir rəsmisi bildirib ki, Misir prezidenti Məhəmməd Mursiyə qarşı ordu tərəfindən çevrilişin həyata keçirilməsi ilə Afrika Birliyi Misirin bu birliyə üzvlüyünü dondurub.

Afrika Birliyinin Sülh və Təhlükəsizlik Şurasının katibi Edmor Kambodzi cümə günü deyib: Konstitusiya üsul idarəsini bərpa edəcəyi zamana kimi Misirin bu birlikdəki bütün fəaliyyətləri dondurulur.
Misirin Xarici İşlər Nazirliyinin sözçüsü isə bu ölkənin Afrika Birliyinə üzvlüyünün dondurulmasına reaksiyada bunu təəssüf doğuran hal adlandırıb və bu qərarın real olmayan informasiyalar əsasında çıxarıldığını bildirib.
Əl-Yəum əl-Sabi internet portalının məlumatına görə, Bədr Əbdüləziz deyib: Bu qərarı yanlış və gerçəklikləri əks etdirməyən informasiyalara istinadla çıxarılıb.
Misirin müvəqqəti prezidenti Ədli Mənsur cümə günü bir bəyanat yayaraq, Misir Parlamenti və Senat Məclisini buraxıb.

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu
Kapalı