İraq hökuməti bildirib ki, bu ölkə öz hava zolağı və yaxud torpağından Suriya prezidenti Bəşşar Əsəd hökumətinə qarşı istənilən hərəkət üçün istifadə olunmasına icazə verməyəcək.
Adının açıqlanmamasını istəyən İraq baş naziri Nuri əl-Malikinin sözçülərindən biri Fransa İnformasiya Agentliyi ilə müsahibədə deyib: Biz öz hava zolağımızdan qonşu ölkələrə hücum üçün istənilən istifadəyə qarşıyıq.
O əlavə edib: Bizim bu barədəki mövqeyimiz dəyişilməzdir.
Bu açıqlama elə bir halda irəli sürülüb ki, amerikalı rəsmilər son vaxtlar Suriyaya hücum ehtimalı barəsində ekspansionist açıqlamalarla çıxış edirlər.