Afxam: İran İslam Respublikası MAQATE ilə əməkdaşlıqları davam etdirəcək

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü deyib: İran daim Atom Enerjisi üzrə Beynəlxalq Agentlik ilə əməkdaşlıqlara təkid edib və öz fəaliyyətləri ilə bağlı şəffaflığın təmin edilməsi və şübhələrin aradan qaldırılması üçün tam cavabdehliklə rəftar edib.

Xanım Mərziyə Əfxəm bu gün yerli və xarici jurnalistlərin iştirakı ilə keçirilən həftəlik mətbuat brifinqində İran və MAQATE arasında Vyanada baş tutan müzakirələrə işarə edərək, hər iki tərəfin müzakirələri müsbət dəyərləndirdiyini xatırladıb və ümidvarlıq edib ki, müzakirələrin davam etdirilməsi və şübhələrin aradan qaldırılması üçün təklif edilən metodlar əsasında tərəflər müsbət nəticələr əldə etsinlər və bugünkü müzakirələrin sonunda bu anlaşmanın nişanələri müşahidə edilsin.

İranın Xarici İşlər Nazirliyinin sözçüsü çərşənbə və cümə axşamı günləri Vyanada baş tutacaq İran və 5+1 Qrupu arasındakı müzakirələr barəsində də deyib: Cenevrə müzakirələrində əldə olunmuş anlaşmaya əsasən qərara alındı ki, elmi və nüvə sahələrindəki sanksiyalarla əlaqədar mütəxəssislər məsələləri daha detallı şəkildə araşdırsınlar və İranın Atom Enerjisi Təşkilatı, Neft Nazirliyi, Mərkəzi Bankı və Sənət və Mədən Bankı bu iclasda iştirak etsinlər.

Əfxəm terrorçu qruplaşmaların İranın cənub-şərqində, Sistan və Bəluçestan Vilayətinin Səravan şəhərində İran sərhədçilərinə qarşı mənfur hərəkətləri və bir qrup iranlı sərhədçinin şəhid olması barədə də deyib: İranın daxili işlər nazirinin müavini tezliklə bu məsələ ilə əlaqədar İslamabada səfər etməlidir və Pakistan dövləti də Səravan terror hadisəsinin amili olan terrorçuların kimliklərinin müəyyən edilməsi və iki ölkə arasındakı cinayətkarların təhvil verilməsi ilə bağlı müqaviləyə əsasən, onların İrana təhvil verilməsi istiqamətində addım atmalıdır.

↑
Mobil sürümden çık