İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü sionist rejimin qurudan və havadan mühasirədə olan Qəzzə zolağına vəhşicəsinə hücumlarını kəskin tərzdə pisləyib.
xanım Mərziyyə Əfxəm deyib: Bu hərəkət şübhəsiz sionist rejimin Fələstin xalqının 3-cü intifazəsinin işğal olunmuş ərazilərdə, xüsusilə də İordan çayının qərb sahillərində islam müqavimətinin formalaşmasından qorxduğuna görədir.
“İran İslam Respublikası sionistlərin dövlət terrorizmi hərəkətlərinin mənfi nəticələrində işğalçı rejimin məsuliyyət daşıdığını hesab edir və beynəlxalq qurumlar, əsasən də BMT və İslam Əməkdaşlıqları Təşkilatından bu cinayətləri pisləməklə yanaşı sionistlərin Qəzzənin mühasirədə olan məzlum əhalisinə qarşı cinayətlərinin qarşısının alınması istiqamətində öz məsuliyyətlərinə sadiq qalamalarını istəyir” –deyə İran XİN sözçüsü əlavə edib.
Sionist rejim hərbçilərinin Beyt-Lahya, Xan Yunis və Deyrul-Bəlh məntəqələrinə avia hücumları nəticəsində 3 fələstinli şəhid olub.
Bu hücumlarda bir qrup fələstinli də yaralanıb.
Sionist rejim qırıcıları Qəzzə zolağının cənubu və mərkəzində Həmasın təlim bazasını hədəfə alıblar.
Bir fələstinli rəsmi bu barədə deyib: Sionist rejim təyyarələri Qəzzənin cənubunda Xan Yunisdə və Qəzzənin mərkəzində yerləşən əl-Bəricdə İslami Müqavimət Hərəkatının hərbi qolu olan Qəssam batalyonlarına aid təlim bazalarından birini bombardman ediblər.
Az öncə də sionist tanklar Qəzzə şəhərinin şərqində fələstinli əkinçilərin ərazilərinə hücum ediblər.
Sionist radiosu bundan öncə bildirmişdi ki, işğal olunmuş Fələstinlə Qəzzə zolağı arasındakı hasarda fələstinli ovçu olduğu iddia olunan bir şəxsin Qəzzə zolağından açdığı atəş nəticəsində bir sionist öldürülüb.