Livan ordusunun 3 əsgəri silahlı şəxslərin bu ölkənin şərqinə hücumunda həlak olub.
Livanın təhlükəsizlik qurumlarının bir məsul şəxsi Fransa İnformasiya Agentliyinə deyib: 3 livanlı əsgər ötən gün gecə Livanın şərqində Suriya ilə sərhəd yaxınlığında silahlı şəxslərin atəş açmaları nəticəsində həlak olub.
Suriyalı yaraqlıların Suriya sərhədi yaxınlığında yerləşən əl-Hərməl məntəqəyə hücumu nəticəsində 17 yaşlı bir livanlı qız həlak olub.
Suriya quruluşu tərəfdarları ilə müxalifləri arasında toqquşmalar Livanın şimalına da sirayət edib. Nəticədə onlarla nəfər həlak olub.