İranXƏBƏRLƏR

Salehi: Bütün fəaliyyətlər NPT çərçivəsindədir

İranın Atom Enerjisi Təşkilatının sədri deyib: Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin yeni hesabatı göstərir ki, İranın bütün nüvə fəaliyyətləri Nüvə Silahlarının Yayılmamasına dair Saziş çərçivəsindədir.

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik çərşənbə günü 28 avqustda İranın nüvə fəaliyyətləri barəsində üç aylıq hesabatını təqdim edib.

İranın Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehi MAQATE-nin yeni hesabatına münasibət bildirib: Agentliyin yeni hesabatında yeni bir məsələ yoxdur. Yalnız İranın Atom Enerjisi Təşkilatı tərəfindən nəzarət çərçivəsində MAQATE-nin ixtiyarına verilən məlumatlar əks olunub.

Salehi AEBA-nın yeni hesabatında qeyd olunan Nətənz nüvə obyektində yüzlərlə sentrifuqanın quraşdırılması və uranın zənginləşdirilməsinin artırılması barəsində də deyib: MAQATE İranın məlumatlarına əsasən onları əks etdirib.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu