İraqın baş naziri, ölkəinin qərb hissəsində yerləşən Əl-Ənbar vilayətində baş verən son hadisələrə etiraz əlaməti olaraq vəzifələrindən istefa edən Əl-İraqiyyə nazilərinin istefa etmələri ilə razılıq edib.
Nuri Malikinin məsləhətçisi Məryən Ər-Rəyis ötən gün (çərşənbə 1 yanvar) bildirib ki, Nuri Maliki Əl-İraqiyyə kovalisiyasına bağlı istefa edən nazirlərin yerinə yeni nazirlər təyin edəcəkdir.
Əl-İraqiyyə koalisiyasının başçısı Əyad Əl-Əlavi İraq hökuətinə qarşı törətdiyi təxribatların davamında, koalisiyaya bağlı olan nazirlərdən istəmişdi ki, İraq hökuməti qüvvələrinin Əl-Ənbar vilayətində anti-terror əməliyyatlarına etiraz olaraq öz vəzifələrindən istefa versinlər ki, onlarda kabinetin çərşənbə axşı günü keçirilən iclasında iştirak etməyərək vəzifələrindən kənarlaşdıqlarını bildiriblər.
Həmin nazirlərin kənarlaşmaları ilə eyni zamanda, İraq parlamentində də Əl-Müttəhidun kovalisiyasına üzv 44 nümayəndə isə öz vəzifələrindən istefa ediblər.
Əl-İraqiyyə kovalisyasına bağlı olan Müttəhidun kovalisiyası üzvləri həmin hərəkəti göstərir ki, İraqda baş veən müxtəlif dincsizliklər və sabitsizliklər və terror əməliyyatları Əl-İraqiyyə və ona bağlı amillərin iştirakı ilə həyata keçirilir.
İraqın qərbində yerləşən Əl-Ənbar vilayətində neçə gün öncə İraq təhlükəsizlik qüvvələri Şam və İraq İslamı Hökuməti (Daiş) adlanan terrorçu qrupları əleyhinə geniş əməliyyalar keçirərək onları məhv etməyi qərara alıblar.