Ukrayna parlamenti NATO alyansına üzv ölkələrlə müştərək hərbi təlimlərdə iştirak layihəni ratifikasiyadan keçirib.
Bu qanun layihəsi bu gün parlamentdə 235 lehinə verilən səs çoxluğu ilə ratifikasiyadan keçib.
Ukraynanın müvəqqəti hökumətinin müdafiə naziri ” Mixaylov Koval” parlamentdə etdiyi çıxışı zamanı qeyd edib : Bu birgə hərbi təlimlərin təşkili ölkənin silahlı qüvvələrinin gücünün artması üçün optimal zəmindir.
Sözügedən qanun layihəsi elə bir halda qəbul edilib ki, NATO-ya üzv ölkələrin xarici işlər nazirləri Moskvanın son günlər Ukraynanın Krım yarım adası yaxınlığında hərbi kontingentini mərkəzləşdirməsindən nigaranlıq keçirmələrini elan etmişdilər.
Krımın Rusiya federasiyasının tərkib hissəsinə birləşməsi ilə NATO alyansı Moskvanın müqabilində özünün şərqi sərhədlərini gücləndirməyi qarşıya məqsəd qoyub.