Ərəbistanda Quran Kərimə qarşı hörmətsizlik bu ölkə əhalisini qəzəbləndirib.
Ərəbistanın qərbində Taif şəhərində vətəndaşların biri çoxlu sayda Quranın küçə kənarındakı arxlarda olduğundan xəbər verib ki, onun ardınca Ərəbistanın dini polis qüvvələri ən azı 50 cild Quran Kərimi su arxlarından çıxarıblar.
Son vaxtlar Ərəbistan bazarlarında üzərində “la ilaha illa allah Məhəmməd Rəsulallah” yazılan idman ayaqqabıları satılıb.
Digər tərəfdən Ərəbistanın ticarət və sənaye nazirliyi neçə ay bundan əvvəl Quran Kərimi güllə ilə hədəfə alan bir kompüter oyununun bazara daxil olmasına razılıq vermişdi ki çoxlu qalmaqala səbəb oldu.