İran və Fransanın xarici işlər nazirləri Tehran-Paris əlaqələri və qarşılıqlı iqtisadi əməkdaşlıqlarla əlaqədar son vəziyyəti araşdırıblar.
İran xarici işlər naziri Məhəmmədcavad Zərif bazar ertəsi Münhen Təhlükəsizlik Konfransının kənarında fransalı həmkarı Loran Fabiyusla görüşərək qarşılıqlı iqtisadi və texniki əməkdaşlıqlar barədə fikir mübadiləsi aparıb İİR-nin 5+1 qrupu ilə razılaşmasından sonra yaranan atmosferi iki tərəfin maraqlarına uyğun yaranan bir fürsət kimi qiymətləndirdi.
Fransa xarici işlər naziri də hər iki tərəfin qarşılıqlı etimad yaratmaq uğrunda təsirli addımlar atacaqlarına ümidvar olduğunu bildirib.
Bu məlumata əsasən İran və Fransanın xarici işlər nazirləri regional məsələlər və Suriya , Livan və Əfqanıstanın hazırkı vəziyyəti barədə fikir mübadiləsi aparıblar.
