İranXƏBƏRLƏR

Bu gün Həzrət Məsumə (sə)-ın viladəti günüdür

Bu gün şənbə 2013-cü il 7 sentyabr, 1434-cü hicri qəməri ili 1 ziqədə Həzrət İmam Musa Kazim (əs)-ın əziz qızı Həzrət Fatimə Məsumə (sə)-ın viladəti gününə təsadüf edir.

Həzrət Fatimə Məsumə (sə) 173-ci hicri qəməri ili ziqədə ayının ilk günündə Mədinə şəhərində düyaya göz açıb. O Həzrət fəzilətlərin mənbəyi sayılırdı.

Ötən gecə Həzrət Məsumə (sə)-ın milad gecəsi münasibəti ilə o həzrətin Tehranın cənubunda yerləşən Qum şəhərindəki məqbərəsində özəl mərasimlər keçirilib.

Qum şəhərinin vilayətsevər əhalisi mağazaları, məscidləri, təkyələri işıqlandırmaqla yanaşı şənlik mərasimləri keçiriblər.

Həmçinin Cəmkəran məscidi və Qum vilayətinin digər məscidləri və hüseyniyyələrində də əhli-beyt aşiqləri və məddahlarının iştirakı ilə müxtəlif mərasimlər həyata keçirilib.

İran İslsam Respublikası Tele-Radio Təşkilatının sərhədaşırı bölməsinin azeridilli radiosu həmin münasibətlə bütün əziz və mömin bacı-qardaşları təbrik edir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu