Misir prokurorluğu cümə axşamı günü bildirib ki, keçmiş prezident- Hüsni Mübarək və onun ailəsinin sərvəti bir milyard dollardan yuxarıya çatır.
Misir prokurorluğunun Qahirə Cinayət Məhkəməsindəki nümayəndəsi- Mahmud Əl-Hənfavi bu xəbəri verərək bildirib ki, Hüsni Mübarək, onun sabit həyat yoldaşı- Suzan, Mübarəkin övladları- Əla və Camal və onların həyat yoldaşları- Hida Rasix və Xədicə Əl-Camalın maliyyələri bir milyard 200 milyon dollara çatır. Əl-Hənfavi əlavə edib: İdarə Nəzarəti Orqanı, Qanunsuz Gəlir Aparatı və Mərkəzi Mühasibat Aparatı( dövlət rəsmilərinin hesablarına nəzarət üzrə 3 məsul orqan)nın hesabatları bunu sübut edir.