BəhreynXƏBƏRLƏR

Ali-Səud dərhal hərbçilərini Bəhreyndən çıxarsın

Bəhreynin tanınmış alimi Şeyx İsa Qasim Ali-Səud işğalçı qüvvələrinin bu ölkəyə daxil olmalarını Bəhreyn tarixində qara gün adlandırıb və Ər-Riyaddan bu yanlış addıma yenidən nəzər salaraq hərbçilərini Bəhreyndən çıxarmasını istəyib.

Əl-Aləm telekanalının verdiyi məlumata görə, Bəhreynin tanınmış alimlərindən Şeyx İsa Qasim bu həftə cümə namazı xütbələrində bildirib ki, Ali-Xəlifə rejiminin azadlıq nidaçılarına qarşı repressiya və sərtliyi bu ölkədə vəziyyəti yalnız daha da gərginləşdirir.

Şeyx Qasim Fars körfəzi ətrafında yerləşən ərəb ölkələri, o cümlədən Səudiyyə Ərəbistanını Bəhreyn xalqına qarşı repressiyada Ali-Xəlifə rejiminə kömək etdiyinə görə tənqid edib və deyib: Bu ölkələr Bəhreyn xalqına kömək etməli və Ali-Xəlifəyə məsləhət görməli idilər ki, bu ölkə böhrandan xilas olsun. Lakin bu ölkələrin mövqeyi əksinə və zalımın himayəsi istiqamətində olmuşdur.

Şeyx İsa Qasim deyib: Ali-Səud işğalçı qüvvələrinin Bəhreynə daxil olması günü bu ölkə, region və bəlkə də islam ümməti tarixində qara gündür.

Şeyx İsa Qasim Bəhreyndə qanların axıdılmasının dayandırılması və xalq tələblərinə cavab verilməsini istəyib və deyib: Dəyişiklik yeganə həll yoludur və bu yolda gecikmək olmaz.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu