
Ərəbistan xalqı Qətif şəhərində küçələrə axışaraq, müxalifət liderləri və fəallarının həbs edilməsinə etiraz edib.
Çərşənbə günü keçirilən bu aksiyada Ali-Səud rejiminə qarşı şüarlar səsləndirilib.
Aksiya iştirakçıları “Biz təhqirə dözməyəcəyik” şüarı ilə hakim rejimin siyasətlərinə öz etirazlarını bildiriblər.
Ərəbistan xalqı 2011-ci ilin fevralından hakim rejimin siyasətlərinə qarşı etiraz aksiyaları təşkil edir.
Ərəbistan zindanlarında 30 mindən çox siyasi məhbusun olduğu bildirilir.