BəhreynDünyaXƏBƏRLƏR

Ali-Xəlifə qüvvələri Əhli-Beyt(ə) mədhiyyəçisini həbs ediblər

Bəhreyn rejiminin qüvvələri Əhli-Beyt(ə) mədhiyyəçisini məhərrəmlik əzadarlıqları mərasimlərində iştirak etmək ittihamı ilə həbs ediblər.

 

Ali-Xəlifə rejiminin təhlükəsizlik qüvvələri Əhli-Beyt(ə) mədhiyyəçisi olan Seyid Murtəza Seyid Həsəni Bəhreynin İsa şəhərindəki Əzari məntəqəsində həbs edərək, istintaq üçün Əl-Vusta polis mərkəzinə köçürüblər. O, Aşura hadisəsinin yeddinci günü mərasimində iştirakda ittiham olunur.
Bəhreyn rejiminin təhlükəsizlik qüvvələri Məhərrəm-ul-həram ayının başlanması ilə onlarla məscid və hüseyniyyə daxil olmaqla əzadarlıq məkanları və Hüseyn əzadarlarına hücum, eləcə də Əhli-Beyt(ə) mədhiyyəçiləri və natiqlərinin həbs olunmaları üçün geniş bir planı icraya qoyublar ki, hələ də davam edir.
Həmçinin Bəhreyn rejiminin təhlükəsizlik qüvvələri bütün məkanlardan Məhərrəm ayına məxsus plakat və yazılı parçaları yığışdırıb və ya məhv ediblər.

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu
Kapalı