BəhreynXƏBƏRLƏR

Ali-Xəlifə rejimi bəhreynli aksiyaçılara divan tutdu

Ali-Xəlifə rejiminin təhlükəsizlik qüvvələri bəhreynli aksiya iştirakçılarına hücum edərək, bir qrup insanı yaralayıb və həbs ediblər.

Əl-Aləm kanalının məlumatına görə, Bəhreyn ordusu bazar günü Formula-1 yarışlarına etiraz edən xalq kütləsinə hücum edərək, onlara tərəf gözyaşardıcı qaz və rezin güllələrdən atəş açıb. Bu da bir neçə nəfərin yaralanması və boğulmasına səbəb olub.

Daha sonra Bəhreynin təhlükəsizlik qüvvələri aksiya iştirakçılarından bir neçə nəfərini həbs ediblər.
Dünən Bəhreynin müxtəlif məntəqələri Formula-1 yarışlarına etiraz və öz tələblərinə təkid edən narazı xalq kütləsinin geniş etiraz aksiyasının şahidi olub.

İnqilabçı gənclər ölkənin əsas magistral yollarını bağlayaraq, xalqı Formula-1 yarışlarına etiraza dəvət ediblər.
Bəhreyndən daxil olan digər bir məlumata görə, Bəhreynin İnsan Haqları Mərkəzinin sədri-Nəbil Rəcəbin vəziyyəti ağırlaşıb və zindan rəsmiləri ona tibbi xidmətlərin göstərilməsindən çəkinirlər.
Nəbil Rəcəb 9 Yanvar 2012-ci ildən həbsdədir.

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu