Livanın Əl-Əhd informasiya portalının məlumatına görə, Ali-Xəlifə rejiminin qüvvələri cümə axşamı günü Manamanın qərbində yerləşən Sar məntəqəsində bu rejimin həbsində olan etirazçı- Məhəmməd Əbdülcəlilin bacısı- Zəhra Əbdülcəlilin evinə basqın edərək, onu və həyat yoldaşı- Əbdullah Əl-Əradini həbs ediblər.
Bəhreyn rejiminin amilləri həmçinin Məhəmməd Əbdülcəlilin anası və atası- Əbdülcəlil Əl-Amulini həbs edərək, polis mərkəzinə köçürüblər.
Bəhreyndə insan haqları fəallarından olan Məhəmməd Əbdülcəlil martın on dördündə xarici səfərdən qayıdarkən Ali-Xəlifə rejiminin amilləri tərəfindən Qərbi Əl-Diraz məntəqəsində yerləşən Bəhreyn Beynəlxalq Hava Limanında həbs edilib.
Bəhreyn xalqının qiyamı iki min on birinci ildə və məzhəbi və etnik ayrı-seçkiliyə, söz və toplanış azadlıqlarının olmamasına, qüdrət və sərvətin Ali-Xəlifə xanədanının əlində cəmləşməsinə etirazda və azad seçkilər və demokratik dövlətin təşkili tələbi ilə başlanıbdır.