Allahşükür Paşazadə Nardanranlılara söz verib

Ruhani Hacı Taleh Bağırovun həbsi ilə əlaqədar bu gün Bakının Nardaran qəsəbəsində ikinci aksiya keçiriləcəkdi. Aksiya başlamazdan bir neçə saat əvvəl isə kəndə gedən yollar bağlanmışdı.

Aksiyanın cümə namazından sonra keçirilməsi qərarlaşdırılmışdı. FaktXəbər-in hadisə yerində olan əməkdaşı bildirir ki, aksiya hazırda başlamayıb, amma aksiyada iştirak etmək istəyənlərlər qrup-qrup gözə dəyirlər.
Sakinlər isə bildirirlər ki, Qafqaz Müsəlmanları Ruhani İdarəsinin sədri Allahşükür Paşazadə kənd ağsaqqallar ilə əlaqə saxlayaraq, Hacı Taleh Bağırovun və digər 74 nəfər məhbusun 2 aya həbsdən azad ediləcəyini deyib.

Exit mobile version