Almaniya Xarici İşlər Nazirliyinin beynəlxalq idarəsinin baş direktoru və 5+1 qrupundakı nümayəndəsi Hans Diter Lukas və bu nazirliyin siyasət idarəsinin baş direktoru Fon Götzedən ibarət Almaniya Xarici İşlər Nazirliyinin heyəti İran İslam Respublikası rəsmiləri ilə görüşərək danışıqlar aparmaq üçün İrana gəlib.
Almaniya heyəti bazar günü İran xarici işlər nazirinin müavini Seyid Abbas İraqçı ilə görüşərək danışıqlar aparacaq.
İran və 5+1 qrupu arasında ikitərəfli və ekspert görüşləri yekun nüvə anlaşması mətninin tənzimlənməsi üçün qarşıda olan ixtilafların aradan qaldırılması çərçivəsində baş tutur.
İran xarici işlər nazirinin müavini Seyid Abbas İraqçı ötən günlərdə Amerika, Fransa və Rusiyanın nüvə müzakirəçi heyətləri ilə İsveçrənin Cenevrə şəhəri və İtaliyanın Roma şəhərində görüşərək danışıqlar aparıb.
İran və “Altılıq” qrupu 16 iyun 2014-cü ildə Avstriya paytaxtı Vyana şəhərində nüvə müzakirələrinin 5-ci turuna başlamalıdırlar. Belə ki, bu turda yekun anlaşmanın ilkin mətninin tənzimlənməsinə daxil olsunlar.
İran və 6 ölkə 20 iyun 2014-cü ilə qədər razılıq əldə edə bilməsələr, anlaşma üçün müddət altı aya qədər uzaldılacaq.