Almaniya İsrail rejiminin BMT-nin növbəti iclasında iştirak etməməsi barəsində xəbərdarlıq etdi

Almaniya xarici işlər naziri Gido Vestervelle İsrail rejiminin baş naziri Benyamin Netanyahuya ünvanladığı məktubda bildirib ki, Təl-Əviv BMT-nin İnsan Haqları Şurasının yenidən qlobal baxış iclasında iştirak etmədiyi təqdirdə kəskin diplomatik xəsarətlə üzləşəcək. Bu iclas çərşənbə axşamı günü İsveçrənin Cenevrə şəhərində keçirilməlidir.
Vestervelle əlavə edib ki, əgər İsrail bu konfransda iştirak etməzsə, Təl-Əvivin dünyadakı müttəfiqləri bu rejim kömək üçün çox güclü təzyiq altında qalacaqlar.
İsrail rejimi 2012-ci il mart ayından BMT İnsan Haqları Gözətçisi Təşkilatını boykot edib.
Təl-Əviv rejimi işğal olunmuş sahillərdə və Şərqi Qüdsdə (Yerusəlim) sionist şəhərciklərin araşdırılması üçün qərara etiraz olaraq bu qurumla öz əlaqələrini dayandırıb və bildirib ki, BMT-nin dövrü iclasında xüsusi şəraitdə iştirak edəcək.

↑
Mobil sürümden çık