DünyaXƏBƏRLƏR

Almaniyada yaşayan türklər Ərdoğanın istefasını istəyiblər

Almaniyada yaşayan minlərlə türk Berlində və bu ölkənin digər şəhərlərində aksiyalar keçirərək, Rəcəb Tayyıp Ərdoğanın istefa verməsini tələb edib.

Bazar günü Berlində keçirilən ən iri etiraz aksiyasında bu ölkədə yaşayan on min nəfərə yaxın türk İstanbul, Ankara və Türkiyənin bəzi digər şəhərlərində polis tərəfindən xalq etirazlarının rəhmsizcəsinə yatırdılması adlandırılan məsələyə etiraz olaraq, baş nazirin istefaya getməsini tələb edib.
Bu məlumata əsasən, Berlin türklərinin etiraz aksiyası mühacirlər yaşayan Kruytsberq məntəqəsindən başlanıb və Almaniya paytaxtındakı Türkiyə səfirliyi qarşısında şüar verməklə başa çatıb.
Bu etiraz aksiyasında aksiyaçılar Ərdoğan dövlətinin siyasətlərinə və İstanbulun Taksim meydanı və Gezi Parkında etirazçıların yatırdılmalarına qarşı şüarlar verərək, bu ölkə dövlətini insan hüquqlarının pozucusu və demokratiyanın yatırdıcısı kimi təqdim ediblər.
Münhen, Frankfurt, Hamburq, Ştutqart, Düsseldorf və Bermen son günlər Türkiyədə xalq etirazlarıni himayə və Ərdoğana qarşı etiraz aksiyalarının şahidi olan digər Almaniya şəhərlərindəndirlər.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu