İraqXƏBƏRLƏR

Maliki və Zərif: Suriyaya hücum regionun təhlükəsizliyinin zərərinədir

İraqın baş naziri və İran İslam Respublikasının xarici işlər naziri Suriyaya hücumu region təhlükəsizliyinin zərərinə biliblər.

Nuri Maliki və Məhəmməd Cavad Zərif bazar günü Bağdadda keçirdikləri görüşdə xalqların öz ölkələrinin taleyi barədə qərar çıxarmaq haqqlarına təkid edərək, vurğulayıblar: Suriyaya hərbi hücum regionun sabitliyi və təhlükəsizliyi üçün xətərli olacaqdır.

İraqın baş naziri və İranın xarici işlər naziri deyiblər ki, Suriyaya qarşı hərbi addımın qarşısını almaq üçün öz səylərini davam etdirəcək və bu çərçivədə regional və beynəlxalq səviyyələrdəki imkanlarından istifadə edəcəklər.

Nuri Maliki bu görüşdə bu ölkənin müxtəlif sahələrdə İraq-İran əlaqələrinin genişləndirilməsinə hazır olduğunu bildirib.
İran İslam Respublikasının xarici işlər naziri- Məhəmməd Cavad Zərif də həmin görüşdə İran-İraq əlaqələrinin müxtəlif sahələrdə genişləndirilməsini istəyibdir.

İran İslam Respublikasının xarici işlər naziri həmçinin bazar günü Bağdadda İraqın vitse-prezidenti- Xuzəyr Əl-Xəzai ilə görüşdə bu ölkədəki müsbət dəyişikliklərə, o sıradan seçkilərin keçirilməsinə işarə edərək, onu İraqda demokratik orqanların güclənməsinin nişanəsi adlandırıb.

Zərif deyib: İraqın təhlükəsizliyi və inkişafı İran İslam Respublikasının təhlükəsizliyi və inkişafıdır.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu