Misirin Port Səid Mərkəzi Gömrük İdarəsi Türkiyədən göndərilən bir silah konteynerinin bu limanda aşkarlanaraq saxlanıldığını bildirib.
Diqqətlərin Sina məntəqəsi və bu məntəqədəki təhlükəsizlik problemlərinə yönəldiyi bir halda, Misirin Port Səid Mərkəzi Gömrük İdarəsi Misirə silah qaçaqçılığı üçün 12 metr uzunluğunda silah dolu konteyneri zərərsizləşdirib.
Bu konteyner Türkiyənin İzmir limanından Port Səidə göndərilib.
Misirin bu təhlükəsizlik orqanı bundan öncə silah aparan 2 konteynerin Misirə tərəf yollanması ilə bağlı məlumatlar toplamışdı.
Bu məlumata görə, 1-ci konteyner İngiltərədə bir limanda aşkarlanıb və onun içərisində odlu silah tapılıb. 2-ci konteyner isə Port Səidin şərqindəki limanda aşkarlanıb. Misirin gömrük idarəsinin bir komitəsi aşkarlanan şübhəli konteyner barəsində dərhal araşdırmaya başlayıb və onun daxilində çoxlu miqdarda odlu silah aşkarlanıb.