Ambrey dəniz təhlükəsizliyi şirkəti Birləşmiş Ərəb Əmirliklərinin Rəs əl-Xeymə şəhəri yaxınlığında bir gəmiyə naməlum mərminin dəydiyini açıqlayıb. Məlumata görə, zərbə nəticəsində gəminin mühərrik otağında yanğın baş verib.
Ambrey: Naməlum mərmi Rəs əl-Xeymə yaxınlığında gəmiyə dəydi və yanğına səbəb oldu
