Bağdadda və İraqın digər şəhərlərindəki izdihamlı restoran və qəhvəxanalarda bir neçə bombanın partlaması azı 22 nəfərin ölməsinə səbəb olub.
İraqın polisi və xəstəxana mənbələri cümə axşamı günü bu ölkənin izdihamlı qəhvəxanaları və digər ictimai məkanlarında partlayışların baş verməsi və 22 nəfərin həlak olmasından xəbər veriblər.
İraq polisi bildirib: Bağdadın şimalı və cənubunda yerləşən iki qəhvəxanada iki partlayış baş verib; bu iki partlayışda səkkiz nəfər həlak olub. Həmin məkanlara onlarla gənc futbol yarışlarına tamaşa etmək üçün yığışıbmış. Həmçinin başqa on nəfər də Bağdaddan 50 kilometr şimal-şərqdə yerləşən Bəqubə şəhərindəki qəhvəxanalarda baş verən iki partlayışda həlak olub.
İraq polisinin bildirdiyinə görə, digər bir bomba da Bağdaddan 50 kilometr cənubda yerləşən Həbələ məntəqəsindəki bir qəhvəxananın yaxınlığında partlayıb və üç nəfərin həyatına son qoyubdur. Bir mülki də Bağdaddan 40 kilometr cənubda yerləşən İsgəndəriyyə məntəqəsində öldürülüb.