DünyaXƏBƏRLƏR

Mir Şahin: Yazıçıları İbrahimbəyova cavab versin

ANS kanalının vitsə-prezidenti böyük yazıçıları Rüstəm İbrahimbəyova cavab verməyə səslədi.

Mir Şahin Ağayev Aznews saytında dərc olunmuş məqaləsində yazıb : “O balaca adam deyil. O sadəcə sıradan bir qələm sahibi deyil. O MDB, Gürcüstan, Latviya , Litva və Estoniya kinematoqraf İttifaqları Konfederasiyasının sədri, Azərbaycan Kinematoqrafları İttifaqının sədri, Avropa Kino Akademiyası və Amerika Kinematoqrafik Elm və İncəsənət Akademiyasının üzvü, 40-dan artıq bədii və televiziya filmi ssenarisinin müəllifi Rüstəm İbrahimbəyovun özüdür. Onunla polemikadan sadə azərbaycanlının nəinki qalib çıxması, hətta ümumiyyətlə polemikaya girməsi çox çətin görünür”.

Mir Şahin Ağayev əlavə edib : “Azərbaycan son zamanlar ölkədən kənarda imicinə vurulan zərbələrə nədənsə ölkə daxilində cavab verməklə kifayətlənir, öz həqiqətlərini Allah bilir neçənci dəfə elə özünkülərə, bizim iç azərbaycanlılarımıza inandırmağa çalışır. İstər Əkrəm Əylislinin “Daş Yuxular” romanı, istərsə də Rüstəm İbrahimbəyovun müsahibələrində səslənən sarsıdıcı fikirlərə dərc olunmuş dildə və dərc edilən məkanda cavab verilmir”.

İqtidarın əsas təbliğatçılarından olan Mir Şahin Ağayev əlavə edib : “Qeyd etmək istəyirəm ki, son müsahibəyə cavab vermək lazım idisə, Rüstəm İbrahimbəyovun qarşısına ən azı Anar boyda ziyalı ən azı Moskvada və ən azı “Rosbalt”da çıxmalı idi. Özü də plakat janrında deyil, fakt və arqumentlərlə. Qızğın hisslərlə yox, soyuq məntiqlə. Çünki bu gün dünyada əsas məsələ kimin doğru və ya yalan danışmasında deyil, doğrunu və ya yalanı kimin danışmasındadır”.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu