Yəmən Ensarullah xalq hərəkatı spikeri Məhəmməd Abdusselam, Rusiya və Ensarullah hərəkəti arasında Moskvada aparılan danışıqların müsbət keçdiyini bildirdi.
Ensarullah xalq hərəkatı spikeri dünən etdiyi şərhdə, Ensarullah heyətinin Moskvada Rus səlahiyyətlilərlə etdikləri görüşmələrin müsbət keçdiyini ifadə edərək, Rusiyanın Yəmənin vəziyyətinin fərqində olduğunu söylədi.
Abdusselam, Ensarullah hərəkətinin Cenevrədə (14 İyunda) ediləcək danışıqlara ön şərt olmadan iştirak hazır olduqlarına dair öhdəliklərə də bağlı olduğunu söylədi.
Ensarullah səlahiyyətlisi, Rusiya hökuməti səlahiyyətlilərinin Yəmən böhranı mövzusunda etdikləri şərhlərdə, döyüş metodunun bu ölkənin problemini həll edə bilməyəcəyini əksinə faciəyə səbəb olacağını açıq bir şəkildə dilə gətirdiklərini söylədi.
Ensarullah hərəkəti heyətinin Moskvada Rusiya hökuməti ilə danışıqları dünən sona çatdı.