AsyaAvropaDünyaFələstinXƏBƏRLƏR

“Amerika fələstinlilərin mənafeyini görmür”

Fələstin qanunverici məclisinin sədr müavini ABŞ hökumətinin işğalçı Sionist rejimə qarşı heç bir təzyiq göstərmədiyini deyərək, təkidlə bildirib ki, bu ölkə saziş müzakirələrində fələstinlilərdən daha artıq imtiyaz əldə etməyi qarşıya məqsəd qoyub.

Həsən Xərişə Əl-Qüds Televiziyası ilə müsahibədə ABŞ dövlət katibi Con Kerrinin Fələstin səfərinə və ABŞ hökumətinin Qüdsü işğal edən rejimə təzyiq göstərmədyinə toxunaraq deyib: ABŞ hökuməti İsaril tərəfinə qarşı heç bir təzyiq göstərməməkdə maraqlıdır buna görə də, İsrailin mövqe və fikirlərini tamamilə qəbul edir.
O deyib: Sionistlər çalışırlar artıq zaman əldə etsinlər. Bunun üçün də Con Kerrinin Fələstinə səfəri və onun Özünü İdarə Təşkilatının başçısı Mahmud Abbas ilə görüşləri və dünyanın bir çox məntəqəsində keçirdiyi görüşlər, müzakirələrin uzadılması kimi müvəqqəti layihələr kimi addımlar əslində Fələstin tərəfinə qarşı təzyiqlərin gücləndirilməsi istiqamətində baş verir.
Həmin məsələ ilə əlaqədar Fəth Hərəkatının Qəzzədəki rəsmilərindən biri Faiz Əbuətiyyə ABŞ xarici işlər nazirinin Fələstinə ardı-arası kəsilməyən səfərlərinin nəticəsiz olduğunu bildirərək deyib: Bu səfərlər heç bir uğur əldə etməyəcək zira yalnız real təzyiqlərin göstərilməsi nəticəsində İsrailin ekspansionist siyasətlərinin qarşısını almaq mümkündür.
O deyib: Hər bir çıxış yolu Fələstin didərginləri məsələsi ilə əlaqədar olan BMT-nin yüz doxsan dördüncü qətnaməsi çərçivəsində olmalıdır. Həmçinin bütün fələstinli əsirlər İsrail məhbəslərindən azadlığa buraxılmalıdırlar.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu