İran İslam Respublikasında 7-ci Milli Nüvə Günü qeyd olundu və İranın nüvə proqramında pozuculuq məqsədi daşıyan təzyiqlərə və sanksiyalara rəğmən, İran yeni nüvə nailiyyətlərini nümayiş etdirdi.
İranda 7-ci Milli Nüvə Günündə ölkə prezidenti Mahmud Əhmədinejadın iştirakı ilə 1-ci və 2-ci Sağənd uran mədənləri istifadəyə verilib.
Bu mədənlər bu gün prezident tərəfindən istifadəyə verilib və İranın nüvə sənayesini xammal ilə təmin edəcək.
Həmçinin, bu gün prezidentin iştirakı ilə şəhid Daryuş Rzayinejadın(İranın nüvə fizikası alimi) adını daşıyan uran məhsulları və “sarı keyk” istehsal edəcək kompleks istifadəyə verilib. Bu kompleks iranlı mütəxəssislər tərəfindən tamamilə yerli elm və imkanlar hesabına quraşdırılıb.
Bu gün səhər həmçinin, 5 yeni radioizotop ilə yanaşı ilk sənaye katalizatorunun da təqdimatı olub.