İran İslam İnqilabının Keşikçilər Korpusu (Sepah)-ın dəniz qoşunlarının komandanı kontr.admiral Əli Fədəvi bəyan edib ki, ABŞ İran xalqının masa üzərindəki seçmini dərk etməkdən acizdir.
İRNA-nın məlumatına əsasən, cümə günü (21 fevral) Bəndər Abbas limanının Qazi Qala ümumi məntəqəsində Fars Körfəzi müdafiəçilərinin hərbi manevrlərinin ikinci günündə çıxış edən kontr.admiral Əli Fədəvi deyib: Amerikanlar müsəlmanların Əhli-beyt (əs)-a xüsusilədə İmam Hüseyn (əs)-a olan inamını və şəhadətsevərliklərini dərk edə bilmir və bunlar bizim seçimlərimizi təşkil edir.
Sepahın dəniz qoşunlarının baş komandanı deyib: Amerika unutmamalıdır ki, 1980-ci ildə Fars Körfəzində ən modern hərbi gəmilərinə malik olmasına rəğmən iranlı döyüşçülər qarşısında məğlub oldu. Bu isə bir halda baş verdi ki, ABŞ, gəmilərin təhlükəsizliyinin təmin etməsi haqda zəmanət vermişdi.
Kontr.admiral Fədəvi xatırlayıb ki, Amerika Fars Körfəzində öz məqsədlərinə çatmaqda məğlubiyyətə urğradıqdan sonra, ədalətsizcəsinə İranın neft platformalarını hədəfə aldı və bu kimi axmaqcasına hərəkətləri ilə dünya üzrə ən böyük böhranın ortaya çıxamasına səbəb oldu və nahayətdə bunu anlaya bilmədi ki, Fars Körfəzində atəş açmaq onların başına hansı bəlaları gətirə bilər.