Amerika və onun müttəfiqləri İrana qarşı qeyri-qanuni sanksiyaları icra etmək qabiliyyətinə malik deyillər.
Röyters Xəbər Agentliyi bir məlumatda İrana qarşı tətbiq edilən qeyri-qanuni sanksiyaların Amerikanın öz müttəfiqləri tərəfindən pozulmasından xəbər verib. Misal üçün Amerikanın müttəfiqlərindən olan Dubay Əmirliyi hələ də gündəlik olaraq, İrandan on minlərlə barel yüngül neft alır.
Röyters sonra belə əlavə edib: ” Dubay müddətlər öncədən İranın layt markalı nefti və qaz kondensatı məhsullarının müştərilərindən olub və Birləşmiş Ərəb Əmirliklərinin Milli Neft Şirkəti İrandan satın alınan yüngül nefti emal etdikdən sonra onu dünyanın ikinci ən çox gediş-gəlişli hava limanı olan Dubay Limanına köçürür”.
Bu məlumatda sonra belə bildirilib: ” İran neftindən əldə edilən yanacaq, Dubay Hava Limanında minlərlə üçuşda, o cümlədən amerikan təyyarələrinin uçuşlarında istifadə edilir və hətta ehtimal üzrə İranın xam neftindən əldə edilən yanacaqdan, regionda olan Amerikanın qırıcı-bombardmançı təyyarələrində də istifadə edilir”.
Adının açıqlanmasını istəməyən bir amerikalı rəsmi Röytersə belə iddialar irəli sürüb: ” Amerikanın baxışında, Birləşmiş Ərəb Əmirliklərinin neft ayırma zavodundan alınan yanacaq, İran yanacağı deyil, BƏƏ yanacağıdır. Xammalın isə haradan gəlməsi önəmli deyildir!!”.