İranın iqtisadi bölməsinin fəalları İİR dövlətinin iqtisadi əlaqələrin genişləndirilməsi və xarici sərmayənin cəzbi haqda müvəffəq əməl edildiyini bildiriblər.
İranla Çin arasında müştərək ticarət palatasının sədri Əsədollah Əsgəroladi Tehranda yayımlanan Etimad qəzetinin bu gün şənbə(3 may) tarixli sayı ilə müsahibədə deyib: İran hökumətinin hərəkətləri və İranın diplomatik müvəfəqiyyətlərinin davam etməsi başqa ölkələrlə iqtisadi bölmə xüsusiyyət təşkil etməklə əməkdaşlıqların genişləndirilməsi üçün daha münasib şərait yaranıbdır.
İranın ticarət, sənaye, mədənlər və əkinçilik palatasının sədr müavini Pedram Soltani də deyib: Ötən aylar ərzində diplomatiya sahəsində gözə çarpacaq irəliləyişlər baş verib və hazırda beynəlxalq əməkdaşlıqlar daha rahat formada həyata keçirilir.
Soltani deyib: Əmtəə malların nəqliyyatı sahəsində də gözə çarpacaq nailiyyətlər müşahidə edilməkdədir və bütövlükdə vəziyyət yaxşılaşmağa doğrudur.
