AsyaİraqXƏBƏRLƏR

Amerika, İraqda məzhəb ixtilafını qızışdırma arxasındadır

İran xarici işlər naziri Ərəb və Afrika ölkələri məsul köməkçisi Hüseyn Əmir Abdullahiyan Fars Xəbər Agentliyinə verdiyi açıqlamada ABŞ-ın İslam ölkələrində məzhəb döyüşü arxasında olduğunu ifadə etdi.

ABŞ-ın İraq və bölgədə terrorizmlə mübarizə deyə bir probleminin olmadığını söyləyən Əmir Abdullahiyan “Amerika Suriyada siyasi müxalifətlə terrorçular arasında bir sərhəd buraxmadı. Nəticə olaraq da terrorizmin güclənməsinə və IŞİD kimi qrupların meydana gəlməsini təmin etdi “deyə danışdı.

“Bu gün də İraqda quruluşçu bir rol boynuna götürəcəyini, bütün qruplar arasında milli bir birlik və vəhdət oluşturacağına, hökumətin güclənməsinə kömək edəcəyinə, məzhəb ixtilaflarını qızışdırmağa fokuslanmış” deyən Əmr Abdullahiyan, Amerikanın terrorizmlə mübarizə deyə bir dərdi olmadığını söylədi.

İraq problemin həllinin iki addımda həll edilə biləcəyini ifadə edən Abdullahiyan bu iki addımı belə açıqladı: “Kürd, Şiə və Sünnilərin həmişə birlikdə terrorizmə qarşı birlik içində hərəkət etmələri və bütün ölkələrin də dəstəyi. İkincisi isə bütün bu qrupların birlikdə siyasi prosesə daxil edilərək, seçki nəticələrinə görə xalqın istəyi istiqamətində parlamentdə təmsil edilmələri “

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu