
İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei İranın Azərbaycan əhalisinin minlərlə nəfərini qəbul ediblər.
Səhər telekanalı internet portalının məlumatına görə, Təbriz əhalisinin günəş ili 1356-cı il 29 bəhmən qiyamının ildönümü ərəfəsində baş tutan bu görüşdə İslam İnqilabının Böyük rəhbəri o qiyam şəhidlərinin xatirəsini yad edərək din və dini imanı İran xalqının hərəkətinin meyarı adlandırıb və əlavə ediblər: Bu həqiqətin bariz nümunəsi son 150 ildə Azərbaycan əhalisinin dini iman dəstəyinə malik mübarizələridir.
Bu görüşün əvvəlində Vəliyyi Fəqihin Şərqi Azərbaycan ostanındakı nümayəndəsi və Təbrizin imam cüməsi Ayətullah Müctəhid Şəbistəri Təbrizdə 29 bəhmən qiyamı şəhidlərinin xatirəsini yad edərək bu ilki 22 bəhmən yürüşündə Azərbaycan əhalisinin misli görünməmiş iştirakına toxunub və deyib: İranın bəsirətli və mövqeyini bilən xalqının 22 bəhmən əzəmətli yürüşündəki müraciəti vəhdətin qorunması və cəmiyyətdə həmrəylik, siyasət səhnəsində əxlaq prinsipinə diqqət və problemlərin həlli üçün məsul şəxslərin maksimum səyləri idi.