Həmas dövlətinin baş naziri Qahirə başçılarından istəyib ki, Kemp-Devid sazişini yenidən nəzərdən keçirsinlər. Həmin müahidə 1978-ci ildə Misirlə sionist rejim arasında imzalanıb.
Həmas dövlətinin baş naziri- İsmayıl Həniyyə Qəzzə şəhərində yerləşən “Xəlil-əl-Vəzir” məscidində cümə namazı xütbələrində deyib: İcbari surətdə deyil, dostcasına öz misirli qardaşlarımızdan istəyirik ki, bu sazişi, xüsusən onun təhlükəsizlik məsələlərini yenidən nəzərdən keçirsinlər.
Belə ki, bu sazişdə təhlükəsizlik boşluğu yaradan maddələr mövcuddur və ola bilər, işğalcı rejim ondan Misirin təhlükəsizliyini pozmaq və Misirin qərarçıxarma dairələrində tələsik proqramların işlənib hazırlanması istiqamətində sui-istifadə etsin.