DünyaXƏBƏRLƏR

Malayziyanın sərnişin təyyarəsi Vyetnam sularına süqut edib

Malayziyanın kütləvi informasiya vasitələri bu ölkənin “Boeing-777-200” tipli təyyarəsinin Vyetnamda, Tuçoy adasının sularına süqut etməsindən xəbər veriblər.

239 sərnişini olan Malayziyanın “Boeing-777-200” tipli təyyarəsi yerli vaxtla bu gün səhər tezdən Kuala-Lumpurdan Pekinə uçarkən uçuş zamanı uçuşa nəzarət mərkəzi ilə əlaqəsini itirib. Təyyarənin süqut etdiyi məkanı bir neçə saat tapmağa müvəffəq olmayan hava yolları şirkətinin rəsmiləri bu gün bu təyyarənin Vyetnam sularına süqut etdiyini bildiriblər.
Malayziyanın baş naziri bu xəbəri təsdiq edərək, həlak olanların ailələrinə başsağlığı verib və vurğulayıb ki, süqutun səbəblərinin araşdırılması və həlak olanların cəsədlərinin tapılması barədə lazımi göstərişlər veribdir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu