Silahlı yaraqlılar İraq ordusunun Fəllucə qarnizonlarının birinə hücum edərək 30 iraqlı əsgəri həlak ediblər.
Skay Nyusun ərəb mənbələrinə istinadən verdiyi məlumata əsasən həmin rəqəm, İraq ordusu ilə silahlı yaraqlılar arasında baş verən ağır toqquşmalar nəticəsində ölənlərin ilk statistikası hesab olur.
Həmin məlumata əsasən, toqquşmalar Fəllucənin cənub məntəqəsində və bu şəhəhrin Bağdada gedən yolu üstündə baş verib.
Toqquşmalar ötən cümə axşamı günü səhər radələrindən başlayaraq, nəhayət İraq hava qüvvələrı vertolyotlarının hücumçulara qarşı atəşi ilə sona çatıb.
Ərrəmadi şəhərinin tibb mənbələri də bildiriblər ki, toqquşmada ölən 30 hərbçinin ikisi zabitddir.
Bu hücumların ardınca İraqın şimal məntəqəsini qoruyan hərbçilər dörd tərəfdən Fəllucə şəhərini mühasirəyə alıblar.