Bir qadın qaradərili gəncin öldürülməsinin ardınca Amerikadakı insan haqları qrupları Ditroit şəhərində etiraz aksiyaları təşkil ediblər.
Təsnim Xəbər Agentliyinin Nyu-York Taymsa istinadən verdiyi məlumata görə insan haqları qrupları cari həftədə və bir qaradərili gənc qadının güllə nəticəsində qətlə yetirilməsinin ardınca, etiraz aksiyaları təşkil etməyə başlayıblar.
Penşiya Mək-Brayd adlı Bu 19 yaşlı qaradərili qadın noyabrın ikisi səhərçağı yardım istəməyə çalışdığı zaman, atəşə məruz qalaraq, dünyasını dəyişdi.
Bu hadisə elə bir halda baş verir ki, neçə ay öncə də Traviyon Martin adlı amerikalı qaradərili gənc bir məhəllənin gözətçisi olan Corc Zimerman tərəfindən qətlə yetirildi. Bu hadisə də Amerikada qaradərililərə qarşı irqi ayrı-seçkiliyə qarşı etirazlar dalğasına səbəb oldu.