Almaniyada fəaliyyət göstərən “Beynəlxalq Şəffaflıq” müəssisəsinin hesabatı Avropa ölkələri o cümlədən Almaniya və Yunanıstan xalqlarının öz liderlərinə olan etimadı gözə çarpacaq dərəcədə azalıb.
Kristyan Sayns Monitor “Beynəlxalq Şəffaflıq” müəssisəsinə istinadla avropalılar arasında hakim dairələrə olan inamın kəskin formada azaldığını yazaraq, borclu ölkələrdə bu inamsızlığın daha yüksək olduğunu bildirib.
İspaniyada əhalinin yalnız 8%-i, İtaliyada isə 13%-i öz liderlərinə etimad edirlər.
Yunanıstanda isə bu rəqəm minimum həddə enib. Belə ki, əhalinin yalnız 1%-i öz liderlərinə etimad edir.
Fransa və İngiltərədə isə hökumətə olan etimadın səviyyəsi 9, Almaniyada isə 13%-dir.