DünyaXƏBƏRLƏR

Amerikada işgəncə məsələsi rəvac verilir

Amerikan bir fəal bu ölkədə kobud rəftarların davam etməsindən təəssüfləndiyini bildirib.

Press Tv-nin məlumatına görə Amerikada “Kəramət və İnsanlıq şərəfi” adlı qeyri-dövlət bir təşkilatın müdiri Rəndi Şovert bir müsahibədə Amerikada kobud və sərt rəftarların genişliyinə və bunun mənşəyinə işarə edərək deyib: Amerika Birləşmiş Ştatlarında işgəncə dayandırılmır və bu ölkədə işgəncə mövzusu rəvac verilir.

Müsahibəsinin digər hissəsində Amerika mediaları və bu ölkə televiziyalarını bu vəziyyətin ayaq alıb getməsində müqəssir sayan Rəndi Şovert əlavə olaraq deyib: Amerikada işgəncə mövzusu təzə bir mövzu deyil. Belə ki ötən əsrlərdə belə qaradərililər xüsusi işgəncələrə tuş gəlmişlər.

O sonra deyib: Onlar zənciləri yandırır və onları işgəncə edirmişlər bu üzdən demək olar ki, Amerikada işgəncənin qədim mənşəyi olubdur və sərtlik Amerika ictimaiyyəti mövcudluğunun bir hissəsi olub.

Qeyd edək ki Amerika mediaları həmişə bu ölkəni insan haqları və demokratiyanın himayəçisi kimi göstərməyə cəhd edirlər. Halbuki ABŞ müxtəlif yollarla o cümlədən müsəlmanlar və qara dərililərə qarşı işgəncə üslubundan istifadə edir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu