İran Xarici İşlər Nazirliyinin sözçüsü İraqdakı terror aktlarının kəskinləşməsindən nigaranlığını ifadə edərək bu prosesdə terror qrupları vasitəsindən istifadə edərək öz qeyri-qanuni siyasi məqsədlərinin gerçəkləşməsini izləyən tərəflərin məsuliyyət daşıdığını bildirib.
Abbas İraqçı həmçinin İraqın olaylarını beynəlxalq imperialist quruluşun islam dünyasında məzhəb fitnəsinə əl atmaq üçün təhlükəli məkrli planının bir hissəsi adlandırıb və bütün islam dövlətləri və xalqlarından bu məkrli planla mübarizədə öz tarixi məsuliyyətini yerinə yetirmələrini istəyib.