İran İslam Respublikası xarici işlər naziri Tehranın beş üstə gəl bir qrupu ilə ciddi müzakirələrə hazır olduğunu bildirib.
Məhəmməd Cavad Zərif “Gənc Jurnalistlər Klubu”nun müxbiri ilə müsahibədə deyib: İranın nüvə işi ilə bağlı yekun anlaşmaya nail olmaq üzrə İran və 5+1 Qrupu arasında aparılan müzakirələr bütün tərəflərin hazırlığına ehtiyaclıdır və əgər qarşı tərəf hazır olarsa, nəticəyə çatmaq olar.
İranın xarici işlər naziri İran və 5+1 Qrupu arasındakı müzakirələrin növbəti turu barədə də deyib: Bu müzakirələr son dərəcə ağırdır.
İran və beş üstə gəl bir qrupu cari ilin on üç – on altı may tarixində Vyanada baş tutan müzakirələrin dördüncü dövründə yekun anlaşma barədə danışıqlara başlasalar da, bu müzakirələrin son dərəcə mürəkkəb, çətin və texniki olmasını habelə, müzakirə tərəfləri arasındakı fikir ayrılıqlarını nəzərə alaraq, heç bir irəliləyiş əldə etmədən başa çatdı.
İran və beş üstə gəl bir qrupu arasındakı müzakirələrin beşinci turu iyun ayının on altısından iyirmi birinə kimi Vyana şəhərində keçirilməlidir.