Amerikalı analitik: Sionist müəssisələrin sanksiya olunması şücaətli hərəkət idi

Siyasi bir analitik deyir ki, Amerka Araşdırmalar Cəmiyyətinin Fələstin xalqına qarşı cinayətlər törətməkdə sionist rejimə kömək edən sionist müəssisələrin sanksiyası üzrə qərarı şücaətli bir hərəkətdir.

Stefan Lendman Press TV ilə müsahibədə deyib: Bu, Amerka Araşdırmalar Cəmiyyəti tərəfindən atılan son dərəcə şücaətli bir addım idi. Nyu-York qanunvericiləri bu təşkilatların maliyyə dəstəklərinin dayandırılması yolu ilə onları cəzalndırmaq istəyirlər.
O, əlavə edib: İsrail rejiminin cinayətlərinin ifşası və bu rejimlə əlaqədə olan müəssisələrin təqdimi şərəfli bir hərəkətdir.
Ötən həftə Amerka Araşdırmalar Cəmiyyəti elan etdi ki, İsrail rejiminin Fələstin xalqı ilə rəhmsizcəsinə rəftarı və sionist universitetlərin belə siysətləri himayə üzrə müdaxilələrinə etiraz olaraq, İsrail rejiminin ali təhsil müəssisələrini sanksiya edib.
Amerka Araşdırmalar Cəmiyyəti Amerikanın tarixi və mədəniyyəti sahəsində araşdırmalar aparan dörd min alimdən ibarət peşəkar bir qrupdur.

↑
Mobil sürümden çık