İranXƏBƏRLƏR

Ruhani: Qoşulmayanlar Hərəkatı ölkələrə qarşı zorakılığın tətbiq edilməsi ilə müxalifdir

İran İslam Respublikası prezidenti Qoşulmayanlar Hərəkatının sədri kimi bu hərəkata üzv ölkələrin başqa ölkələrə qarşı zorakılığın tətbiq edilməsi ilə müxalif olduqlarını bildirdi.

İran prezidenti Həsən Ruhani bu gün cümə günü özünün BMT-yə olan səfərinin son günündə Nyu-Yorkda Qoşulmayanlar Hərəkatına üzv ölkələrin xarici işlər nazirlərinin iclasında hər bir ölkəyə qarşı zorakılığın tətbiq edilməsinin qanuni olmadığını bildirərək, deyib: Qoşulmayanlar Hərəkatı BMT-nin əməkdaşlığı ilə bu haqda önəmli hərəkətlər həyata keçirməkdədir.

İran İslam Respublikası prezidenti ölkələrə qarşı sanksiyaların tətbiq edilməsi yerinə məntiqli siyasətlərin həyata keçirilməsi zərurətinə təkid edərək, deyib: Qoşulmayanlar Hərəkatı hər bir ölkəyə qarşı birtərəfli və neçətərəfli sanksiyaların tətbiq edilməsini pisləyir və BMT Təhlükəsizlik Şurası mexanizmindən sui-istifadələrin qarşısının alınmasını istəyir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu